“Barselona” 5 futbolçu ilə bu yay yolları ayırmaq niyyətindədi


“Barselona” yay transfer dönəmində heyətdə bəzi dəyişikliklər etməyi planlaşdırır.

 

Sportinfo.az xəbər verir ki, “Barsa” ümidləri yetərincə doğrultmayan 5 futbolçu ilə yolları ayırmaq niyyətindədi.

 

Klub rəhbərliyi Aleş Vidal, Rafinya Alkantara, Andre Qomeş, Munir Əl-Həddadi və Pako Alkaseri satmağa cəhd göstərəcək.

 

“Barsa” bu futbolçuların satışından ən azı 100 milyon avro qazanmağı planlaşdırır. Məlumata görə, az-az oynayan futbolçulardan bəziləri də komandanı dəyişmək niyyətindədilər. Andre Qomeşin isə komandanı tərk edəcəyi ilə bağlı qəti qərar verdiyi də bildirilir.

Tarix: 25 May 11:24    Oxunub: 675    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.