Dünyanın ən bahalı klubu

“Mançester Yunayted” dünyanın ən bahalı futbol klubudu.

 

Sportinfo.az xəbər verir ki, bu barədə beynəlxalq audit təşkilatı olan KPMG-nin hesabatında bildirilir.

 

Mançester klubunun aktivləri 3,25 milyard avro təşkil edir. “Qırmızı şeytanlar” 2015/2016 və 2016/2017 mövsümlərinin yekunlarına əsasən, bazar kapitallaşması səviyyəsinə görə 32 klubun yer aldığı siyahıda birinci yerdədir.

 

Sıralamada növbəti iki yeri İspaniya klubları tutur. “Real Madrid” 2,92 milyard avro ilə ikinci, “Barselona” isə 2,78 milyard avro ilə üçüncüdür.

 

Ən bahalı klubların siyahısına Almaniyanın “Bavariya” (2,55 milyard avro) və İngiltərənin “Mançester Siti” (2,16 milyard avro) klubları da düşüb.

Tarix: 25 May 11:12    Oxunub: 561    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.