"Pul söhbəti deyil, hamısı burdan gözüyaşlı gedir"

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov komandadan 9 futbolçunun ayrılmasına münasibət bildirib.


Sportinfo.az xəbər verir ki, müdafiəçi Çempionlar Liqasının qrup mərhələsində çıxışdan sonra futbolçulara cəlbedici təklfilər gəldiyini deyib:


"İbrahiç Şehiçin "Qarabağ"dan gedişi ona gələn təkliflə bağlıdı. Sadəcə, artıq rəqabət aparmaq olmur.

 

"Qarabağ"ın öz uğuru özünə problemə çevrilib. Çempionlar Liqasında çıxış etdiklərindən, hamıya təkliflər var.

 

Pul söhbəti deyil. Hamısı gözüyaşlı gedir. Deyirlər ki, getmək, ayrılmaq istəmirik, amma bu da həyatımızın şansıdı. Bu cür komandadan, belə ölkələrdən təklif gəlir.

 

Heç birini qınamaq olmur. Çünki elə təkliflər gəlir ki, "yox" demək olmur. Özünüz də onun necə kluba gedəcəyini görəcəksiz".


Ağdam klubu İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirov,  Pedro Enrike və Ramil Şeydayevlə yolları ayırıb.

 

36 yaşlı liderin fikrincə, gedənlərin yerini doldurmaq heç də asan olmayacaq: "Ötən dəfə də qeyd etdim ki, bizim üçün ən çətin transfer dövrü olacaq.

 

Komandada yenilənmə gedəcək. Gedənlər kimi, gələnlər də çox olacaq. Yeni gələnlərin hansı səviyyədə olacağı bilinmir. Ən çətin transfer dönəmini yaşayacağıq".

 

Tarix: 25 May 10:48    Oxunub: 823    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.