"Təəssüf ki, bizim çempionatda belə klublar yoxdu" - FOTO

“10 top fərqi ilə qələbə cavab oyunu öncəsi yaxşı nəticədi. Lakin arxayınlaşmaq olmaq” - Sportinfo.az-ın məlumatına görə, bunu Polşanın “Kram Start Elblaq” klubunun həndbolçusu Aleksandra Dankovska deyib. 27 yaşlı hücumçu “Çelenc Cup”ın 1/8 final mərhələsində Bakının ABU klubu ilə ilk qarşılaşmalarını şərh edib. O bildirib ki, 33:23 hesablı qələbəyə baxmayaraq, ikinci matçda da qalib gəlməyə çalışacaqlar:

 

“İlk görüşdəki matçı artıq unutmuşuq. İlk oyundakından daha yaxşı çıxış etməyə çalışacağıq. Bakı klubu haqda informasiyalarımız çox az idi. Ancaq indi onları tanıyırıq və necə komanda olduğunu da bilirik. Təəssüf ki, bizim liqada elə klublar yoxdu. Belə olarsa, maraqlı oyunlar da baş tutar. Çünki mən həmişə gərgin görüşlərdə mübarizə aparmaq istəmişəm”.

Tarix: 12 Fevral 01:00    Oxunub: 441    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.