"Qəbələ" əzə-əzə gəldi... FOTO

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-13 Liqasına yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, turnirin final matçında “Qəbələ” və “Neftçi”nin 13 yaşadək futbolçulardan ibarət üz-üzə gəlib.

 

“Qırmızı-qaralar” bu matçdan 2:0 hesablı qələbə ilə ayrılıblar. Beləliklə, “Qəbələ” U-13 Liqasının çempionu adını qazanıb. Final matçından sonra mükafatlandırma mərasimi keçirilib.

 

Yarışın ən güclü komandası medallarla təltif olunub. “Qəbələ” futbolçularına qızıl medallar və çempionluq kuboku verilib. 

 

Paytaxt zonasından final mərhələsinə yüksələn “qırmızı-qaralar” 1/8 finalda Mingəçevir UGİM-ini (3:0, 3:0), 1/4 finalda “Sumqayıt”ı (4:0, 2:3), yarımfinalda “Səbail”i (2:2, 0:0) mübarizədən kənarlaşdırıb.

Tarix: 25 May 10:36    Oxunub: 534    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.