Maaşının yarıbayarı azaldılmasına razılaşmadı, “Neftçi”dən getdi

Ötən ilin yanvarında “İrtış”dan transfer edilən İqnasio Errera “Neftçi”dən ayrılıb.

 

Çilili futbolçu bu barədə özü xəbər yayıb.


Belə ki, şəxsi instaqram hesabından paylaşım edən yarımmüdafiəçi “Birlikdə çox gözəl vaxt keçirdik, çox sağ olun, “Neftçi” yazıb.


31 yaşlı legioner "ağ-qaralar"da ölkə kubokunu da nəzərə alsaq (7 oyun) 48 matç keçirib və 12 qol vurub. Bunun 8-ni son mövsümdə gerçəkləşdirən İqnasio bununla da komandasının bombardiri olub. 


Onunla paytaxt təmsilçisi ilə müqaviləsi gələn ilin yanvarında bitəcəkdi. Klub rəhbərliyi Erreraya indidən sözləşməsinin müddətini daha 1 il uzatmağı təklif edib.

 

Amma daha aşağı məbləğə. Cənubi amerikalının «Neftçi»də aylıq qazancı 10 min dollardan yüksək idi, o isə yarıbayarı maşa razılaşmayıb (Sportinfo.az).

 

Tarix: 25 May 10:00    Oxunub: 1068    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.