Eto A Seriyasına qayıdır?

Hazırda “Konyaspor”un üzvü olan Samuel Eto karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “Tuttosport” yayıb.

 

Xəbərdə A Seriyasının iddialı komandalarından “Latsio”nun 37 yaşlı forvardın xidmətində maraqlı olduğu qeyd edilib. Həmçinin Roma təmsilçisi ilə kamerunlu futbolçu arasında 4 saata yaxın görüş olduğu da vurğulanıb.

 

Bu ilin yanvar ayında “Antlayaspor”dan “Konyaspor”a keçən Eto, mövsümün ikinci yarısında şans qazandığı 14 oyunda 6 qola imza atıb.

 

Kamerun millisinin sabiq üzvü daha öncə A Seriyasında çıxış edib. O, 2009-2011-ci illər aralığında “İnter”, 2015-ci ildə isə “Sampdoriya”da top qovub.

Tarix: 25 May 09:36    Oxunub: 563    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.