Azərbaycan millisinin üzvü yenidən Türkiyə klubunda

20 yaşadək futbolçulardan ibarət millimiz yoxlama oyunu çərçivəsində Makedoniya ilə 1:1 hesablı heç-heçə edib.

 

Sportinfo.az xəbər verir ki, komandamızın yarımmüdafiəçisi Ozancan Kökcü sualları cavablandırıb. 

 

- Çox çalışdıq, amma oyunun sonlarında buraxılan qola üzüldük. Qapımızda qol görmək istməzdik.
 
İlk hissədə milli daha yaxşı oynadı. Fasilədən sonra isə özünüzə bənzəmirdiz. Komanda yorulmuşdu?
- Bunu bilmirəm. Bu haqda danışmaq düzgün olmaz. Əlimizdən gələni etdik. Amma hesab 1-1 başa çatdı.
 
- Sosial şəbəkə hesabında millimizdə forma geyməyəcəyini açıqlamışdın. Daha sonra isə qərarını geri götürdün və Azərbaycan yığmasında çıxış etməyə qərar verdin. Nələr baş vermişdi?
- Azərbaycanı ürəkdən sevirəm və bunu hər kəs bilir. Bəzi şeylər oldu, amma çox danışmaq istməzədim.
 
Həmin məsələləri unutmusan?
- Əlbəttə, elə şeyləri çox düşünmürəm. Baş məşqçimizlə görüşmüşdüm. Hər detala daxil olmaq istəməzdim.
 
Türkiyə Futbol Federasiyasında gənc oyunçuların inkişafı üzrə direktoru və aşağı yaş qruplarının cavabdehi olan Tolunay Kafkasla səni milli komandalarına qazandırmaq üçün əlindən gələni edəcəyini demişdi. Bu haqda fikirlərin necədir?
- Bəli, Tolunay Kafkasla Hollandiyada görüşmüşəm. Ona Azərbaycan millisini seçdiyimi demişəm. Azərbaycanı sevirəm. Bunu hər dəfə sizə açıqlama verəndə vurğulayıram. 
 
Tolunay Kafkasın qəlbi qırılmadı?
- Öz seçimimin olduğunu dedi. Azərbaycan millisində oynadığım üçün qürur duyuram. 
 
“Valveyk”lə icarə müddətin başa çatdı. “Bursaspor”da gələcək karyeran necə olacaq?
- “Bursaspor”la yeni mövsümün təlim-məşq toplanışlarına qatılacam. Ondan sonra bilinəcək. İnşallah, “Bursaspor”da yaxşı alınar. Çox çalışacam. Həm “Bursaspor”a, həm də Azərbaycan milli komandasına faydalı olmaq istəyirəm.
 
Bir ara adın Azərbaycan klubları ilə hallanıb. Belə bir variant var?
- Azərbaycan millisində oynayıram. Azərbaycan çempionatında da oynaya bilərəm. Qismətdir, gələcəkdə nə baş verər, bilmərik. 
Tarix: 25 May 09:24    Oxunub: 884    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.