Ölkəsində zibilyığan işləyir, DÇ-2018-də hakimlik edəcək - FOTOLAR

Rusiyada keçiriləcək dünya çempionatında köməkçi hakim kimi təyinat alacaq panamalı ədalət qoruyucusu Qabriel Viktoria ölkəsində zibilyığan işləyir.

 

Sportinfo.az xəbər verir ki, Panamada hakimlərə maaş verilmir.

 

Federasiya referiləri yalnız ləvazimatla təmin edir. Buna görə, yerli hakimlər dolanışıq üçün ictimai işlərdə çalışırlar.

 

Qabriel Viktoria da bu cəhətdən istisna deyil. Hakim 1993-cü ildən bəri - 25 ildi zibilyığan işləyir. Səhər saat 03:45-də yuxudan oyanan Viktoria, 05:00-da işə başlayır.

 

Onun iş vaxtı saat 16:00-a kimi davam edir. Saat 16:45-də məşq edəcəyi meydana çatan hakim, 17:00-da məşqlərə başlayır. Referi gördüyü işdən narahat olmadığını deyib:

 

“Məni heç nə narahat eləmir. Nədən narahat olmalıyam ki? Panamada həyatda qala bilməm üçün çalışmalıyam və bu vəziyyət təkcə mənim üçün keçərli deyil.

 

Hamı işləməlidi. Deməzdim ki, mənim üçün yorucudu. Daha öncə də bu işi görərkən beynəlxalq yarışlarda iştirak etmişəm”.

 

Qabriel Viktoria 2015-ci ildə U-20 dünya çempionatında, 2017-ci ildə U-17 dünya çempionatında, 2016-cı ildə isə Amerika kubokunda təyinat alıb.

 

 

Tarix: 25 May 08:48    Oxunub: 603    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.