"Sumqayıt"lı qızlar da bu işə qol qoyubsa… - VİDEO+FOTOLAR

"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt"ın təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil olunmuş "Futbol və Sağlam Həyat" layihəsi davam edir.

 

Sportinfo.az xəbər verir ki, layihə bu dəfə Sumqayıtın 24 saylı orta məktəbində keçirilib.

 

Tədbirdə həmin təhsil ocağı ilə yanaşı 28, 30 və 31 saylı orta məktəbin şagirdləri də iştirak edib. Nəzərdə tutulduğu kimi "Sumqayıt" FK-nın akademiyasının məşqçi heyəti şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib.

 

Tədbirdə "Sumqayıt" FK-nın Müşahidə Şurasının sədri Abdulla Məmmədov, məşqçi Elşad Eyvazov və qızlardan ibarət komandamızın üzvləri iştirak edib.

 

Yekunda iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.

 

Tarix: 25 May 08:36    Oxunub: 1272    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.