Roman Abramoviç İsrail vətəndaşlığı alır?

Rusiyanın yəhudi əsilli məşhur biznesmeni, milyarder Roman Abramoviç vətəndaşlıq alamaq üçün mayın 24-də İsrailə gedib.

 

Sportinfo.az xəbər verir ki, o, son zamanlar Böyük Britaniya vizası almaq sahəsində çətinliklərlə üzləşib.

 

Çünki rəsmi London Rusiyaya qarşı sanksiya tətbiq edəndən sonra Rusiya vətəndaşlarının Britaniya vizası alması o qədər də asan olmur. R.Abramoviç viza ilə bağlı problemi həll etmək üçün İsrail vətəndaşlığı almaq qərarına gəlib.

 

Məlumata görə, “Çelsi”nin sahibi olan milyarder Təl-Əvivi Neve-Tsedek turist rayonunda böyük mülk tikdirir.

 

İsraildə çıxan “Globus” qəzetinin yazdığına görə, rusiyalı milyader bu rayonda 25 milyon dollara “Versano” mehmanxanasını, oranın həyətinə bitişik 1,5 min kv. metrlik ərazini satın alıb.

 

Qəzet bildirib ki, R.Abramoviç İsraildən 4 startap-şirkət əldə edib. Onlardan biri smartfonlar üçün batareya istehsalı ilə məşğuldu.

 

Virtualaz.org-un məlumatına görə isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov KİV-ə bildirib ki, Kremllə bu barədə informasiya yoxdu.

 

İsrailin İnteqrasiyanın və Absorbsiya Nazirliyinin mətbuat xidmətindən də bildiriblər ki, Roman Abramoviçin ölkəyə gəlişi ilə bağlı hər hansı məlumata malik deyillər.

Tarix: 25 May 08:12    Oxunub: 515    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.