Runinin ABŞ-da illik məvacibi 5 milyon dollar olacaq

“Everton”un futbolçusu Ueyn Runi karyerasını ABŞ-da davam etdirməyə çox yaxındı.

 

Sportinfo.az xəbər verir ki, Runi “Di-Si-Yunayted”lə danışıqlar aparır. Futbolçu artıq Vaşinqtona gəlib.

 

O, tibbi müayinədən keçdikdən sonra müqavilə bağlayacaq. Bir müddət əvvəl məlumat yayılmışdı ki, ABŞ klubu Runiyə 2 illik müqavilə təklif edib.

 

Tərəflər razılıq əldə edəcəkləri təqdirdə, futbolçunun illik məvacibi 5 milyon dollar olacaq. Runi bu mövsüm Premyer Liqada 31 oyunda meydana çıxıb, 10 qol vurub, 2 qol ötürməsi edib.

Tarix: 25 May 08:00    Oxunub: 466    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.