Dünya çempioatına ən çox futbolçu göndərəcək klub

"Mançester Siti" Rusiyada keçiriləcək dünya çempionatına ən çox futbolçu göndərən klub olacaq.

 

Sportinfo.az xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisi 17 oyunçu ilə mundialda təmsil olunacaq.

 

"Şəhərlilər"in heyətindən mundiala Ederson Moraeş, Danilo, Fernandinyo, Qabriel Jezuş (hamısı Braziliya), Fabian Delf, Con Stounz, Kayl Uolker, Rahim Sterlinq (hamısı İngiltərə), İlkay Gündoğan, Leroy Sane (hər ikisi Almaniya), Nikolas Otamendi, Serxio Aqüero (hər ikisi Argentina), Vensan Kompani, Kevin De Brüyn (hər ikisi Belçika), Bernardu Silva (Portuqaliya), David Silva ( İspaniya) və Benjamen Mendi (Fransa) yollanacaq.

 

Bu statistikaya görə ikinci yeri İspaniya təmsilçisi "Real" tutur. "Kral klubu" mundialda 16 futbolçu ilə təmsil olunacaq.

Tarix: 25 May 00:40    Oxunub: 543    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.