İspaniya klubu "İnter"in yarımmüdafiəçisini heyətinə qatdı

"Valensiya" İtaliya "İnter"inin futbolçusu Jeffreya Kondoqbiyanı transfer edib.

 

Sportinfo.az xəbər verir ki, İspaniya təmsilçisi bu keçidə görə 25 milyon avro ödəyib. 

 

25 yaşlı fransalı yarımmüdafiəçi ilə 2022-ci ilədək müqavilə imzalanıb. Sözləşməyə əsasən, hər hansı bir klub Kondoqbiyanı transfer etmək istəsə, 80 milyon ödəməlidir.

 

J.Kondoqbiya başa çatan mövsümdə icarə əsasında "Valensiya"da çıxış edib. O, 31 oyunda iştirak etməklə yanaşı, 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. 

Tarix: 25 May 00:00    Oxunub: 522    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.