“Azərbaycana qalib gəlmək üçün lazım olan hər şeyi edəcəyik”

“Mən Ukrayna ilə oyundakı çıxışımızdan razı qaldım.

 

İlk setdə məğlubiyyətdən sonra çətin durumdaydıq. Amma bütün qızlar toparlanmağı bacardı və mükəmməl nəticəyə imza atdıq”.

 

Sportinfo.az xəbər verir ki, bunu Bolqarıstan yığmasının voleybolçusu Xristina Ruseva deyib.

 

2012-2013 və 2015-2016-cı illərdə “Telekom”da çıxış etmiş 27 yaşlı blokçu Qızıl Avropa Liqasında Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. O, Ukraynaya qalib gəldikdən sonra bildirib ki, Faiq Qarayevin komandası güclü olsa da, matçda əsas məqsədləri yalnız qələbədi:

 

“Mövsümün qarşıdakı oyunlarında daha yaxşı oynaya bilərik. Performansımızı artırmaq və gerçək potensialımızı göstərmək üçün zamana ehtiyacımız var.

 

Azərbaycan çox yaxşı komandadı və güclü oyunçulara malikdi. Amma biz bu rəqibə qalib gəlmək üçün lazım olan hər şeyi edəcəyik”.

 

 

Bolqarıstan – Azərbaycan görüşü mayın 26-da Sofiyada olacaq. Matçın qalibi dövrəni qrup lideri kimi bitirəcək.

Tarix: 24 May 17:12    Oxunub: 556    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.