“Qarabağ”lı karyerasını A Seriyasında davam etdirəcək*

“Qarabağ”ın legioneri Donald Gerrye karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportinfo.az xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçinin özü “Haitisporttotal” portalına bildirib.

 

Haiti yığmasının üzvünün xidmətində İtaliya A Seriyasının adı açıqlanmayan klubu maraqlıdır. “Avropanın Top-5 liqalarından birində oynaya biləcəyimlə fəxr edirəm”, - D.Gerrye vurğulayıb.

 

Donald Gerrye ötən yay “Qarabağ”la iki illik müqavilə bağlayıb. O, Ağdam komandasında 34 oyuna 3 qol, 1 məhsuldar ötürmə müəllifi olub. 

Tarix: 24 May 14:00    Oxunub: 664    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.