Vergidən yayınan məşhur futbolçuya 16 ay həbs, 9 milyon cərimə

İspaniya məhkəməsi “Monako”nun futbolçusu Radamel Falkaonu günahkar bilib.

 

Sportinfo.az xəbər verir ki, Falkaoya qarşı vergidən yayınma ittihamı irəli sürülmüşdü.

 

Məhkəmə futbolçuya 16 ay həbs cəzası və 9 milyon avro cərimə kəsib. Ancaq Falkao həbsxanada yatmayacaq.

 

İspaniya qanunlarına görə, həbsxanaya yalnız 2 ildən artıq cəzaya məruz qalanlar salınır.

 

Ona görə də kolumbiyalı futbolçuya yalnız cəriməni ödəmək lazım gələcək. Falkao 2011-2013-cü illərdə “Atletiko”da çıxış edərkən gəlirlərini gizlədib.

Tarix: 24 May 20:12    Oxunub: 573    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.