ABŞ və Çindən təkliflər alan Torres Yaponiyaya üstünlük verdi

"Atletiko" ilə vidalaşan Fernando Torresin yeni klubu müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, 34 yaşlı hücumçu Yaponiyaya yollanacaq.

 

İspaniya mətbuatının tirajladığı məlumata görə, təcrübəli forvard "Saqan Tosu" klubu ilə razılığa gəlib. ABŞ və Çindən təkliflər alan Torres Yaponiya variantına üstünlük verib.

 

Torres başa çatan mövsümdə 45 oyuna 10 qol vurub. Əlavə edək ki, "Barselona"dan ayrılan Andres İnyesta Yaponiyanın "Vissel Kobe" komandasına keçib.

Tarix: 24 May 19:24    Oxunub: 496    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.