Obameyanq: "Neymarı idarə etmək ona çətin olacaq"

“Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanq Tomas Tuxelin PSJ-yə baş məşqçi təyin olunmasına münasibət bildirib.

 

Tuxel Obameyanqa tanış simadı. O, “Borussiya”da bu mütəxəssisin rəhbərliyi altında çıxış edib.

 

Sportinfo.az xəbər verir ki, Obameyanq PSJ-nin ulduz futbolçularını idarə etməyin Tuxel üçün çətin olacağını deyib:

 

“Hesab edirəm ki, Tuxel taktiki planda PSJ-yə çox şey verə bilər. Onun üçün ən çətin iş PSJ-nin ulduzlarını idarə etməklə bağlı olacaq.

 

Orda bir neçə mövsümdü oynayan adlı-sanlı futbolçular var. Onların üzərinə Neymarı da əlavə etsək, Tuxeli asan iş gözləmir.

 

Bu, onun üçün yeni çağırışdı. Ancaq meydanda hansısa bir problemin olacağını düşünmürəm. Tuxel istənilən an oyun sxemini dəyişməyi bacaran mütəxəssisdi. O, PSJ ilə uğur qazana bilər”.

Tarix: 24 May 18:24    Oxunub: 579    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.