"Qəbələ"dən: Bu da son!

Bu gün «Bakcell U-17 Liqası»nda 33-cü turdan ertələnmiş 1 oyun keçiriləcək.

 

«Qəbələ» Qəbələ şəhər stadionunda «Mil Muğan»ın qonağı (!) olacaq, bununla da çempionat başa çatacaq. 

 

Əslində, bu oyun bazar ertəsi keçirilməli idi. Özü də İmişlidə. Lakin qarşılıqlı razılaşmaya əsasən oyun təxirə salındı və bu günə Qəbələyə təyin olundu.

 

Məqsəd U-17 Liqasının qalibi olan «Qəbələ»nin mükafatlandırılması ilə bağlıdı. «Mil Muğan» - «Qəbələ» matçı15:00-da başlayacaq. 

 

U-17 ilə yanaşı bu gün U-16 Liqasında çempion olan «Qəbələ»nin U-16 komandasına da mükafatlar təqdim olunacaq.

 

Bombardirlər: İbrahim Novruzov («Sumqayıt») - 34, Xəlil Bəşirov («Səbail») – 30 qol. 

 

«Het-trik news» qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Tarix: 24 May 14:48    Oxunub: 818    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.