FOTO - "Qəbələ”nin daha bir komandası liqa çempionu oldu

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-13 Liqasına yekun vurulub. 

 

Sportinfo.az xəbər verir ki, turnirin final matçında “Qəbələ” və “Neftçi”nin 13 yaşadək futbolçulardan ibarət komandaları üz-üzə gəliblər.

 

“Qırmızı-qaralar” bu matçdan 2:0 hesablı qələbə ilə ayrılıblar. Beləliklə, “Qəbələ” U-13 Liqasının çempionu adını qazanıb.

 

Final matçından sonra mükafatlandırma mərasimi keçirilib. Yarışın ən güclü komandası medallarla təltif olunub. “Qəbələ” futbolçularına qızıl medallar və çempionluq kuboku verilib. “Qəbələ” U-19, U-17 və U-16 liqalarında da qızıl medallar qazanmışdı.

Tarix: 24 May 12:48    Oxunub: 550    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.