Zaur Axundov komandasının başını 50 manatla aldatdı

«Keşlə»nin U-10 komandası AFFA-nın U-10 Liqasının 2017/2018-ci il mövsümünün qalibi olub.

 

Bu qələbə münasibətilə klubun Müşahidə Şurasının sədri Zaur Axundov komandanın məşqçi və futbolçu heyəti ilə, o cümlədən, valideynlərlə görüş keçirib.

 

Z.Axundov çempion olmaları münasibətilə komandanın məşqçi heyətini və komanda üzvlərini təbrik edib, növbəti mövsümdə də uğurlar arzulayıb.


MŞ sədri balaca futbolçuları və onların üzərində əziyyəti olan məşqçiləri mükafatlandırıb. Amma gözlənilən səviyyədə yox.

 

Axundov çempionları 50-70 manatla yola verib. Ondansa komandası hər hansı bir beynəlxalq turnirə göndərsəydi, lap yerinə düşməzdimi? Bunu da gərək ona deyən olsun?

 

Yəni, belə şeyləri də bilmir? Heç inandırıcı deyil. Sadəcə, sərf eləmir. Uşaq futboluna bir balaca diqqət gösərmək Axundovun yadına da düşmür. Özüyçün yola verir də… (Sportinfo.az)

 

Tarix: 24 May 12:24    Oxunub: 923    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.