"Gözləyirik ki, "Kəpəz" Premyer Liqada qalsın"

AFFA-nın baş katibi Elxan Məmmədov dünən sportal.az-a danışıb.
 
Sportinfo.az xəbər verir ki, qurum rəsmisi Topaz Premyer Liqasında sonuncu yeri tutan "Kəpəz"in növbəti mövsüm I Divizionda yarışacağını söyləyib.


"Kəpəz"in yerinə elitaya I Divizionda 5-ci pilləni tutan "Sabah" buraxılıb: "İdman prinsiplərini qorumaq lazımdı. Buna uyğun olaraq da son yeri tutan komanda çempionatı tərk etməlidi.
 
Onsuz da AFFA hər zaman "Kəpəz"ə dəstək verib. Bu, belə də davam edəcək. Maliyyə dəstəyi verməkdə davam edəcəyik. Müvafiq qaydada bu proses olacaq.
 
Ümid edirik ki, "Kəpəz" növbəti mövsüm I Divizionda 1-ci yeri tutacaq, lisenziyalaşdırma şərtlərinə cavab verəcək və Premyer Liqaya dönəcək. Gəncə komandası Premyer Liqada olmayacaq və aşağı liqada yarışacaq".

 

Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov isə hələ də ümidli olduqlarını bildirib: "Gözləyirik ki, "Kəpəz" Premyer Liqada qalsın. Bölgələrdə futbolun olması vacib şərtdi.

 

Buna görə də istəyirik ki, elitada qalaq. Elxan Məmmədov əgər elə deyibsə, düzələsi nəsə yoxdu. Mənim öz taleyim bilinmir. Heç nə düşünmürəm.

 

Dəqiq nəsə bəlli deyil. I Divizionda çıxış edəcək "Kəpəz"i çalışdaracağımı hələ bilmirəm. O baxır komandanın aşağı dəstədə çıxış edib-etməməsinə".

Tarix: 24 May 11:36    Oxunub: 806    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.