“Qarabağ”ı üstələyən “Vətən” liqanı uddu, “Neftçi” 3-cü oldu

“Bayıl Arena”da U-12 Liqasının final oyunu keçirilib. 

 

Sportinfo.az xəbər verir ki, “Qarabağ” ilə qarşılaşan “Vətən” 3:0 hesabı ilə qələbə qazanıb, üçüncü yeri isə “Neftçi” tutub.

 

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Sadıqov təqdim ediblər.

 

"Qarabağ"ın hücumçusu Vüqar Bağırov liqanın bombardiri olub. Liqanın ən yaxşı oyunçusu "Vətən" komandasında çıxış edən Ömər Yusublu, ən yaxşı qapıçısı Fəyyar Mehdizadə (“Vətən”) seçilib.

 

Fair Play mükafatına isə "Neftçi" komandasının futbolçusu Rəvan Səfərli layiq görülüb. Final oyununu idarə edən hakimlərə diplomlar təqdim edilib.

Liqanı üçüncü pillədə başa vurmuş "Neftçi", ikinci yeri tutmuş "Qarabağ" və turnirin qalibi "Vətən" müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib. 
Sonda "Vətən"ə kubok təqdim olunub.

Tarix: 24 May 11:12    Oxunub: 533    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.