Bakıda hakimləri təhqir edib, rəqiblərə əl qaldıran 2 iranlı "qoçu"

AFFA İntizam Komitəsi "Uğur"un 2 futzalçısını 10 oyunluq cəzalandırıb. 

 

Sportinfo.az xəbər verir ki, bunlar Mahsen Geşani və Rza Əmonidi. 

 

Hər iki oyunçu Azərbaycan Kubokunun final oyununda "Marafon Futsal"la qarşılaşmada etdikləri qeyri-etik hərəkətlərə görə cəzaya məruz qalıb. 

 

Onlar sözügedən matçda hakimlər briqadasını təhqir etməklə yanaşı, hakimə və rəqib oyunçuya qarşı fiziki təzyiq göstəriblər. M.Geşani və R.Əmoni daha sonra qırmızı vərəqə alaraq meydandan qovulublar. 

 

"Uğur" həlledici görüşdə "Marafon Futsal"a 6:9 hesabı ilə məğlub olub.

Tarix: 24 May 09:36    Oxunub: 525    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.