“Napoli” Sarrini yola salıb, yeni baş məşqçisini açıqladı

“Napoli” baş məşqçisi Mauritsio Sarri ilə yollarını ayırıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

“Napoli”nin baş məşqçi postuna üç il öncə gətirilən 59 yaşlı italiyalı mütəxəssis 2016/17 mövsümündə A Seriyasında ilin məşqçisi seçilmişdi.

 

2017/18 mövsümündə isə onun komandası 91 xal toplamaqla (çempion “Yuventus”dan cəmi 4 xal az) ikinci pilləni tutdu.

 

Artıq Neapol klubunun yeni baş məşqçisinin də kimliyi bəllidi. Bu komandanı yeni mövsümdən digər italiyalı mütəxəssis Karlo Ançelotti çalışdıracaq.

 

“Napoli”nin prezidenti artıq sözügedən mütəxəssislə görüşərək, onunla 3 illik müqavilə barədə razılığa gəldiyini söyləyib. Yaxın günlərdə tərəflərin rəsmi müqaviləyə imza atması gözlənilir.

 

Ançelotti son olaraq 2016/17 mövsümündə “Bavariya”nı çalışdırıb və bu komandanı Almaniya çempionu etməklə futbol tarixinə keçib. Belə ki, o, Avropanın 5 ən böyük futbol ölkəsindən dördündə (Almaniya, Fransa, İngiltərə, İtaliya) çempionluq sevinci yaşayıb.

 

Bu isə ilk belə uğurdu və hələ onun göstəricisini təkrarlayan mütəxəssis yoxdu. Ançelotti 2003/04 mövsümündə “Milan”ı İtaliya, 2009/10-da “Çelsi”ni İngiltərə, 2012/13-də PSJ-ni Fransa çempionu edib.

 

Onun “böyük beşlik”də yeganə çempionluq sevinci yaşamadığı ölkə İspaniyadı. Halbuki, 2013/2015-ci illər aralığında o, İspaniya nəhəngi “Real”da da çalışıb.

Tarix: 24 May 08:12    Oxunub: 442    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.