“Beşiktaş” azarkeşləri Mancukiçi bezdirdi, o da götürüb...

“Beşiktaş”ın “Yuventus”un xorvatiyalı hücumçusu Mario Mancukiçin xidmətində maraqlı olması barədə xəbər “ağ-qaralar”ın azarkeşlərini həvəsləndirmişdi.

 

Sportinfo.az xəbər verir ki, türkiyəli tərəfdarlar Mancukiçi sevimli komandalarına gəlməyə həvəsləndirmək üçün digər futbolçularda olduğu kimi, onun da “instaqram” hesabına minlərlə “Come to “Beşiktaş” (“Beşiktaş”a gəl) mesajları yazıblar.

 

Lakin xorvatın bu diqqət qarşılığında etdiyi hərəkət İstanbul təmsilçisinin fanatlarını şoka salıb. Belə ki, Mancukiç “instaqram” paylaşımlarının şərh hissəsini bağlayıb.

 

Xorvatiya millisinin üzvü son mövsümdə şans qazandığı 43 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə edib.

Tarix: 24 May 00:10    Oxunub: 603    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.