Azərbaycanlı hücumçu komandasına kubok qazandırdı

Milli komandamızın sabiq üzvü Rüfət dadaşov Berlin "Dinamo"sunun heyətində son matçına çıxıb.

 

Sportinfo.az xəbər verir ki, həmyerlimizin komandası Berlin kubokunun finalında "Berliner"lə üz-üzə gəlib.

 

Qarşılaşma "Dinamo"nun 2:1 hesablı qələbəsiylə başa çatıb. Uzunmüddətli zədədən sonra yaşıl meydanlara qayıdan Dadaşov komandasının hər iki qolunun müəllifi olub.

 

O, 16 və 62-ci dəqiqələrdə fərqlənib. Millimizin sabiq üzvü  87-ci dəqiqədə əvəzlənib. 27 yaşlı hücumçu yeni mövsümdən 3-cü Bundesliqada çıxış edən “Proyssen”də çıxış edəcək.

Tarix: 23 May 20:00    Oxunub: 570    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.