Bir-iki dəfə milliyə dəvət al, sonra get klublara qiymət oxu!

Azərbaycanın böyük əksəriyyəti qulağının arxası ilə düşünən idman jurnalistlərinin uzun zaman təbliğatını apardığı, milli komandaya cəlb olunmasını tələb etdiyi Amil Yunanov ad soyadlı futbolçu "Sumqayıt"dan ayrılıb.

 

Adam deyib ki, daha sərfəli təklifər haqda düşünməlidi, axı o, milli komandanın futbolçusudu.

 

Əla biznesdi!

 

Bir-iki dəfə milli komandanın toplanışına dəvət al, sonra get klublara qiymət oxu. Milli komandanın baş məşqçisi Qurban Qurbanovun yerində olsam, bu adamı elə bu açıqlamasına görə milliyə həsrət qoyaram.

 

Adam, sən futbol oynamağı öyrən, İspaniya, İtaliya, İngiltərəni yuxunda gör, heç olmasa, Türkiyənin, Rusiyanın aşağı liqalarında forma geyinəcək səviyyəyə çat, sonra pul davası elə.

 

Bəzi keyfiyyətsiz afrikalı futbolçular Avropaya getmək üçün Azərbaycan kimi ölkələri tramplin şəklində gördüyü kimi, Yunanov kimi "işbazlar" da milli komandanı pullu klublara keçmək üçün tramplin görür. Hamısını sürü ilə rədd etmək lazımdı futboldan.

 

Vallah, sıravi oxucuları qoyuram bir kənara (məsələn, 25 yaşlı futbolçu hələ də hansı perspektivi vəd edə bilər ki? - sualına cavab tapa bilmədiyim kimi), jurnalistlərin bu kimi məsələlərə yanaşmasına məəttəl qalıram.

 

Gözəl insanlar, biz deyirik ki, amillər, mahirlər, ramillər bu gözəl məmləkətimizdən kənara çıxsınlar, gedib əsl futbolun oynandığı ölkələrdə futbolçu həyatı yaşasınlar. Burda "Kəpəz"ə, "Keşlə"yə qol vurmaqla böyük, lənət şeytana, hətta orta səviyyədə futbolçu olmaq çətin məsələdi.

 

Axı bütün bunları dəfələrlə, yüz dəfələrlə, min dəfələrlə yazmışıq ki, Azərbaycanda futbolun səviyyəsi aşağıdı, 0-a yaxındı, burda çempionat keçirmirlər, çempionatın imitasiyasıdı bu. Biz deyirik ki, azərbaycanlı futbolçu pul davası etməməlidi, canı çıxmalıdı, erməni Mxitaryan səviyyəsinə çatmağı qarşısına hədəf qoyub, Avropaya getməlidi.

 

Allah xatirinə, təkrar-təkrar yazmağa vadar etməyin adamı. Desəz ki, bu cür çempionatdan yüksək səviyyədə futbolçu çıxmaz, razılaşaram. Amma bunun üçün də hədəfi düz seçməlisiz, odur e, AFFA.

 

Rəşad Ergün

Tarix: 23 May 19:24    Oxunub: 1126    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.