Bundesliqada qaldılar

Almaniya Bundesliqasında mövsümü 16-cı pillədə başa vuraraq elitanı tərk etmək təhlükəsi ilə üz-üzə qalan “Volfsburq” 2-ci Bundesliqada 3-cü yeri tutmuş “Holştayn Kil” ilə cavab pley-off matçına çıxıb.

 

Sportinfo.az xəbər verir ki, Kil şəhərində baş tutan cavab qarşılaşmasında da “Volfsburq” qalib gəlib - 1:0.

 

Doğma meydanda keçirilən görüşdə də 3:1 hesablı qələbəyə sevinən bu komanda əsas Bundesliqadakı yerini qoruyub.

 

Mövsümü 17 və 18-ci pillələrdə başa vuran “Hamburq”la “Köln” 2-ci Bundesliqaya düşüb. 2-ci Bundesliqada çempion olan “Fortuna” (Düsseldorf) ilə ikinci pilləni tutan “Nürnberq” isə elitaya yüksəlib.

Tarix: 23 May 19:00    Oxunub: 491    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.