Elxan Məmmədov: "Kəpəz" Premyer Liqada olmayacaq"

AFFA-nın baş katibi Elxan Məmmədov sportal.az-a açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, qurum rəsmisi Topaz Premyer Liqasında sonuncu yeri tutan "Kəpəz"in növbəti mövsüm I Divizionda yarışacağını söyləyib.

 

"Kəpəz"in yerinə elitaya I Divizionda 5-ci pilləni tutan "Sabah" klubu buraxılıb: "İdman prinsiplərini qorumaq lazımdı. Buna uyğun olaraq da son yeri tutan komanda çempionatı tərk etməlidi.

 

Onsuz da AFFA hər zaman "Kəpəz"ə dəstək verib. Bu, belə də davam edəcək. Maliyyə dəstəyi verməkdə davam edəcəyik. Müvafiq qaydada bu proses olacaq.

 

Ümid edirik ki, "Kəpəz" növbəti mövsüm I Divizionda 1-ci yeri tutacaq, lisenziyalaşdırma şərtlərinə cavab verəcək və Premyer Liqaya dönəcək. Gəncə komandası Premyer Liqada olmayacaq və aşağı liqada yarışacaq".

Tarix: 23 May 18:48    Oxunub: 1026    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.