Ruslan Abışov və Rəhman Hacıyev üçün əlamətdar hal

Premyer Liqanın 28-ci turunun “Kəpəz” - “Neftçi” matçı 2 yubileylə əlamətdar olub. 

 

Sportinfo.az xəbər verir ki, 2:1 hesablı səfər qələbəsi ilə çempionatın bürünc medalını qazanan qonaqların iki oyunçusu ölkə birinciliklərində “ağ-qaralar”ın heyətində əlamətdar matçına çıxıb.

 

Gəncədəki görüşdə hesabı açan Ruslan Abışov “Neftçi”də 150-ci çempionat oyununu keçirib. Yubileyi qolla qeyd edən müdafiəçi bu göstəricidə “Neftçi”nin Azərbaycan çempionatları tarixində 5-ci oyunçusudu.

 

Onun komanda yoldaşı Rəhman Hacıyev isə 100-ə çatıb. O, “Neftçi”də 100 və daha çox çempionat matçına çıxan 25-ci oyunçudu. Ümumilikdə Azərbaycan çempionatlarında Ruslan 224-cü, Rəhman 162-ci oyununu keçirib.

Tarix: 23 May 18:24    Oxunub: 481    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.