Tramp Britaniya səfərinin müddətini uzadacaq – qolf oynamaq üçün

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya nəzərdə tutulan səfərinin müddətini qolf oynamaq üçün uzada bilər.

 

Sportinfo.az xəbər verir ki, amerikalı lider bu ehtimalı nəzərdən keçirir və Britaniyada birlikdə qolf oynamaq üçün ən məşhur idmançılardan, yaxud qolf oynamağı bacaran məşhurlardan birini ora dəvət etməyi planlaşdırır.

 

Hələlik Trampın səfərinin təfərrüatları açıqlanmayıb. Gözlənildiyinə görə, o, kraliça ilə birlikdə çay içəcək, baş nazir Tereza Meylə şam edəcək və baş nazirin Çekers şəhərkənarı iqamətgahına baş çəkəcək.

 

Bildirildiyinə görə, Trampın bir neçə şəxsi qolf-klubu var və bunlardan biri Şotlandiyada yerləşir.

 

Trumpgolfcount.com postalının məlumatına görə, prezident vəzifələrinin icrasına başladığı vaxtdan bəri Ağ Evin rəhbəri 103 dəfə qolf oynayıb.

Tarix: 23 May 17:24    Oxunub: 478    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.