Azərbaycanlı "Kuarejma": "Təklif 100 faizlik olsa, getməyi düşünərəm"

Polşa yüksək liqasının ortabab klublarından sayılan “Piast” Azərbaycan milli komandasının üzvü Slavik Alxasovun xidmətində maraqlıdı.

 

Son vaxtlar “Keşlə”də sabit oyun sərgiləyən və bunun qarşılığında Azərbaycan milli komandasına da dəvət alan Slavik Alxasov Polşa klubunun diqqət mərkəzinə düşüb.

 
Sportinfo.az xəbər verir ki, Alxasovun Polşa klubuna keçmək ehtimalı yüksəkdi.
 
Tərəflər arasında ilkin danışıqların olduğu və hər şeyin Azərbaycan Kubokunun finalından sonraya saxlanıldığı söylənilir.
 
“Piast” hazırda Polşa çempionatının  6-cı pilləsində qərarlaşıb. Komanda ev oyunlarını 10 min tamaşaçı tutumuna malik Miejski stadionunda keçirir. Çox sayda legionerin yer aldığı komandaya yerli mütəxəssis Valdernar Fornalik rəhbərlik edir.
 
Slavik futbol11.az-a təklif aldığını təsdiqləyib: "Bəli, Polşadan təklif almışam. "Piast" varinatım var. Təklif 100 faizlik olsa, getməyi düşünərəm. Yerli klublardan da təkliflərim var.
 
"Keşlə" ilə yeni müqavilə ilə bağlı danışmamışam. Yaxın gələcəkdə gələcəklə bağlı qərarımı verəcəm.
 
Amma hazırda özümü kubokun finalına - "Qəbələ" ilə görüşə kökləmişəm. Həmin matça ciddi şəkildə hazırlaşırıq. Qərarımı finaldan sonra verəcəm".
Tarix: 23 May 17:12    Oxunub: 951    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.