"Mənə klubda başqa bir vəzifə tutmaq təklif olunub"

“Səbail” qarşılıqlı razılaşma ilə baş məşqçi postunu tərk edən Samir Əliyevə yeni iş təklif edib.

 

Sportinfo.az xəbər verir ki, o, karyerasını məşqçi kimi davam etdirmək baxımından başqa variant olmasa, “Səbail”də qalacaq:

 

“Baş məşqçi postundan ayrılsam da, klub rəhbərliyi ilə çox gözəl münasibətlərimiz var. Komandamın sükanı arxasından getməyim başa çatan mövsümdə göstərdiyimiz nəticəyə görə deyil.

 

Bəzi məsələlərdə kiçik fikir ayrılıqlarımız oldu və qərara aldıq ki, müqaviləyə xitam verək. Mənə klubda başqa bir vəzifə tutmaq təklif olunub. Məşqçi qismində işləmək üçün hansısa variant olmasa, “Səbail”də qalacam” (report).

 

2017/2018 mövsümündə Azərbaycan Premyer Liqasında debüt edən “Səbail” yekunda 7-ci yeri tutub və yalnız “Kəpəz”i qabaqlayıb.

Tarix: 23 May 16:12    Oxunub: 617    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.