"Sumqayıt" AFFA-nın büdcəsinə 1600 manat ödəyəcək

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qurum bir sıra qayda pozuntularına hüquqi qiymət verib.

 
Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 28-ci turunun “Sumqayıt” – “Zirə” matçında qonaqlar 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimələnib.
 
Oyunun 90+3-cü dəqiqəsində Sumqayıt klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün meydan sahibləri də AFFA-nın büdcəsinə 1600 manat ödəyəcək.
 
“Kəpəz” – “Neftçi” matçının 87-ci dəqiqəsində qonaqların müdafiəçisi Kiril Petrov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Tarix: 23 May 16:00    Oxunub: 473    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.