MY-nin qapıçısı Argentina millisindən kənarlaşdırıldı

Argentina millisinin DÇ-2018 üçün açıqlanmış heyətində dəyişiklik edilib.

 

Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted”in qapıçısı Serxio Romero yığmadan kənarlaşdırılıb.

 

Buna qolkiperin sağ dizindən zədə alması səbəb olub. Məlumatı Argentina Futbol Federasiyasının mətbuat xidməti yayıb.

 

Yığmanın baş məşqçisi Xorxe Sampaoli Romeronun əvəzinə Meksikanın “Tiqres” klubunun qapıçısı Nauel Qusmanı dəvət edib.

 

Argentina millisi DÇ-2018-də İslandiya, Xorvatiya və Nigeriya yığmaları ilə bir qrupda mübarizə aparacaq.

Tarix: 23 May 15:12    Oxunub: 459    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.