Qurban Qurbanov Bakıdakı bahalı otelə 21 futbolçu yığa bildi

Bu gün Azərbaycan yığmasının təlim-məşq toplanışına start verilib.

 

Sportinfo.az xəbər verir ki, r üzrə mətbuat xidmətindən “Hyatt Regency” otelində məskunlaşan yığmanın düşərgəsində 21 futbolçu var.

 

Almaniyanın “Aue” klubunun fomrasını geyinən Dmitri Nazarov sabah, “Qəbələ” futbolçuları – Cavid Hüseynov, Təmkin Xəlilzadə və İlqar Qurbanov, eləcə də “Keşlə”nin üzvləri Kamran Ağayevlə Slavik Alxasov isə mayın 28-də Azərbaycan Kubokunun final matçından sonra baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaqlar.

 

“Qəbələ”nin cəzalı olduqları üçün final matçını buraxacaq oyunçuları – Ruslan Qurbanov və Urfan Abbasov artıq milliyə qoşulublar.

 

Komanda bu gün saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda ilk məşqinə çıxacaq. Milli mayın 23-dən iyunun 2-dək Bakıda, iyunun 3-dən 6-dək Astanada, iyunun 7-dən 9-dək Riqada təlim-məşq toplanışı keçəcək.

 

Yığma mayın 29-da Qırğızıstan, iyunun 6-da Qazaxıstan, iyunun 9-da Latviya kollektivi ilə yoldaşlıq oyunu çərçivəsində üz-üzə gələcək.

Tarix: 23 May 14:36    Oxunub: 863    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.