“Yuventus”dan ayrılan futbolçu “Beşiktaş” yolundadı

“Beşiktaş” isveçrəli futbolçu Stefan Lixtştaynerin xidmətində maraqlıdı.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

 

Xəbərdə “qara qartallar”ın baş məşqçisi Şenol Günəşin “Yuventus”la müqavilə müddəti başa çatan 34 yaşlı müdafiəçini sərəncamında görmək istədiyi qeyd edilib.

 

Lixtştayner azad agent olduğundan, İstanbul təmsilçisi onun keçidi üçün heç bir məbləğ ödəməyəcək.

 

Karyerası ərzində “Qrasshoppers”, “Lill” və “Latsio”da çıxış etmiş sağ cinah müdafiəçisi, 2011-ci ildən “Yuve”nin uğurları üçün çalışırdı.

 

Bir müddət öncə Lixtştaynerin növbəti mövsümdən Dortmund “Borussiya”sında çıxış edəcəyi barədə məlumatlar yayılsa da, “sarı-qaralar”ın yeni baş məşqçisi Lüsyen Favr bu keçidin əleyhinə olub.

 

2006-cı ildən İsveçrə millisinin üzvü olan Lixtştayner, yığmada keçirdiyi 98 oyunda 8 qola imza atıb.

Tarix: 23 May 13:36    Oxunub: 545    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.