Kriştianu Ronaldo - Dünyanın ən populyar idmançısı

“Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo dünyanın ən populyar idmançısı seçilib.

 

Sportinfo.az xəbər verir ki, portuqaliyalı ulduz ardıcıl üçüncü dəfə ESPN-in sorğusunda qalib olub. 

 

Sorğu bir neçə istiqamətdə aparılıb ki, bura idmançıların reklam müqvilələri, sosial şəbəkələrdəki izləyici sayı və s. daxildir. 

 

Dünyanın ən populyar idmançıları siyahısında ikinci yerdə “Klivlend”in basketbolçusu Lebron Ceyms qərarlaşıb. İlk “üçlüy”ü isə “Barselona”nın forvardı Lionel Messi qapayır. 

 

İlk “10-luq”da həmçinin Neymar (futbol, PSJ), Rodjer Federer (tennis), Tayqer Vuds (qolf), Kevin Dyurent (basketbol, “Qolden Steyt”), Rafael Nadal (tennis), Stefen Kerri (basketbol, “Qolden Steyt”) və Fil Mikelson (qolf) yer alıb.

Tarix: 23 May 12:48    Oxunub: 447    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.