“Selta”nın sükanı Məhəmmədə etibar edildi

İspaniya La Liqa klubu “Selta”nın yeni baş məşqçisi bəlli olub.

 

Sportinfo.az xəbər verir ki, Viqo təmsilçisinin sükanı argentinalı mütəxəssis Antonio Məhəmmədə etibar edilib.

 

Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. O, baş məşqçi postunda Xuan Karlos Unsueni əvəz edib.

 

Komanda onun rəhbərliyi altında ölkə çempionatının son mövsümünü 49 xalla 12-ci pillədə başa vurmuşdu.

 

Məhəmməd bütün karyerası ərzində Argentina və Meksika klublarında işləyib. 48 yaşlı məşqçinin son klubu Meksika “Monterrey”i olub.

Tarix: 23 May 12:36    Oxunub: 496    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.