"Neftçi"dən də mənimlə əlaqə saxlayan olmayıb"

“Çempion olduğumuz üçün şadam.

 

Düzdü, burda çox oynamadım, amma daha yaxşı səviyyədə olmaq üçün bundan da da çox işləyəcəm.

 

Qızıl medalın qazanılmasında əməyi olan hər kəsə təşəkkür edirəm”.

 

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın forvardı Ramil Şeydayev deyib.

 

Millimizin üzvü qol vurmaqda çətinlik çəkməsi barədə danışmaq istməyib: “Şərhsiz. Bu, sizin şəxsi mövqeyinizdir”.

 

Şeydayev hələlik "Qarabağ"da qalıb-qalmayacağını bilmədiyini qeyd edib: "Hələ heç nədən xəbərim yoxdu. Bu barədə bir şey danışa bilmərəm. "Neftçi"dən də mənimlə əlaqə saxlayan olmayıb. Onların mənimlə maraqlandıqlarından məlumatsızam.

 

Müqavilə üzrə məxsus olduğum "Trabzonspor"a dönmək? Baxacağıq. Hələlik, heç kimlə danışmamışam. Fikirləşəcəm. Oynamaq istəyirəm. Amma harada çıxış edəcəyimi bilmirəm”.

 

Şeydayev Ağdam klubundakı çıxışını da dəyərləndirib: "Burada çempion oldum. Bu, yaxşı haldı.

 

"Jilina"nın heyətində də Slovakiya çempionu olmuşdum. Oyun planında isə az çıxış etdim. Xeyli məşq etmiş, öz üzərimdə çalışmışam. Klubuma, hər kəsə minnətdaram”.

Tarix: 23 May 12:24    Oxunub: 735    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.