"Şükür ki, bu formanı yenidən geyinmək mənə qismət olacaq"

“Qarabağ”ı çempionluq münasibət ilə təbrik edirəm və ÇL-də uğurlar arzu edirəm.

 

İnanıram ki, yenə də bizi sevindirəcəklər".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin müdafiəçisi İlqar Qurbanov "Qarabağ"la Topaz Premyer Liqasının 28-ci tur çərçivəsində keçirilən matç barədə deyib.

 

O, ölkə kubokunu qazanmaq istədiklərini deyib: "Əlbəttə, biz də istərdik ki, çempion olaq, amma alınmadı.

 

Qarşıda vacib final görüşü var. Ən azından kuboku qazanmaq istəyirik. Daha sonra isə Avropa Liqasına hazırlaşacağıq”.

 

2008-ci ildən sonra ilk dəfə milliyə dəvət alan 32 yaşlı futbolçu dəvətə görə təşəkkür edib: "Sevindirici haldı. Şükürlər olsun ki, bu formanı yenidən geymək mənə qismət olacaq. Dəvətə görə təşəkkür edirəm. İnşallah, yaxşı olar”.

Tarix: 23 May 12:12    Oxunub: 593    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.