Komandanı La Liqada saxlamaq vəzifəsinin öhdəsindən gəlmədi, qovuldu

“Deportivo” baş məşqçisi Klarens Zeedorfla yollarını ayırıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı La Korunya təmsilçisinin mətbuat xidməti yayıb.

 

“Depor” anlaşması mövsümün sonunda bitən holland mütəxəssislə yeni müqavilə bağlamağı lazım bilməyib.

 

Zeedorf bu ilin fevralında “Deportivo”nun “sükanı arxasına” keçmişdi. 42 yaşlı mütəxəssis komandanı La Liqada saxlamaq vəzifəsinin öhdəsindən gələ bilməyib. Belə ki, “göy-ağlar” çempionatı 18-ci pillədə başa vuraraq, Sequndaya düşüb. 

Tarix: 23 May 12:00    Oxunub: 455    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.