“Sumqayıt”ı pula dəyişən hücumçunun varlı-hallı müştəriləri

Azərbaycan millisinin hücumçusu Amil Yunanov “Sumqayıt”dan ayrılıb.

 

O, müqavilənin müddətini uzatmaqla bağlı təklifi qəbul etməyib.


Yunanov yerli klublardan təkliflər aldığını, karyerasını harda davam etdirəcəyi ilə bağlı qərarı yığmanın 23 may - 9 iyun toplanışından sonra verəcəyini bildirib.


Yunanov başa çatan mövsümdə Premyer Liqada 10 qol vurub və bombardir adını qazanan “Qəbələ”nin forvardı Baqali Dabodan 3 top geri qalıb.

 

Azərbaycanlı ən məhsuldar hücumçu "Sumqayıt"da 2015-ci ildən çıxış edirdi. 25 yaşlı gənc ayrılıqqərarı barədə bunları deyib: «Müqaviləm başa çatmışdı, qalmaq istəyirdim. Elə rəhbərlik də məni saxlamaqda maraqlı idi.

 

Oturub söhbət etdik. Mən öz şərtlərimi, onlar da öz şərtlərini irəli sürdülər. Müzakirə apardıq, gördük ki, razılaşa bilmirik, yollarımızı ayırdıq.

 

Səbəblər arasında maliyyə də var. Amma təkcə pul deyil, başqa məqamlar da oldu. Ona görə də çıxıb "pul məsələsində razılığa gələ bilmədim" desəm, düzgün olmaz.

 

Mövsümün ortasından etibarən adım "Neftçi" ilə yanaşı hallanır. Bəlkə bir səbəb də budu? Bu sualı mənə çox verirlər. Amma onu deyim ki, ortada heç nə yoxdu. İndi bütün fikrimi milli komandaya yönəltmişəm. Yığmanın oyunlarından sonra hər şey bilinəcək.

 

Gedişimin Samir Abasovun istefası ilə əlaqəsi yoxdu. Tamamilə öz qərarımdı. Xeyr, hələ ki, heç bir klubdan təklif almamışam.

 

Klubsuz qalmaqdan qorxmuram? Bunu yaxınlarım da mənə dedilər. İnanıram ki, yaxşı olacaq. Millinin oyunlarından sonra bu barədə düşünəcəm».


Amil, əslində, özündən nağıl uydurur. O, «Susmqayıt»dan məhz pula görə ayrılır. Özü də bu qərarı hələ 3 ay verib. Ona görə də oturub günlərini sayırdı.


Yunanov 2015-ci ildə - ilk dəfə «Sumqayıt»dan maaş alanda, əlinə dəyən pulun miqdarı 500 manatdan artıq olmayıb. Tədricən əməkhaqqısı artırılıb. Lakin həmin məbləğ heç 2000-ə çatmayıb, ondan xeyli aşağıdı. 


Bir ayağı «Neftçi»də, bir ayağı «Zirə»dədi. Ağ-qara formanı geyinməyə layiq olmadığı hər kəsə məlum olsa da. Paytaxtda ona Sumqayıtdakından xeyli artıq pul verəcəklər. Yenə bunu haqq etməsə də.


SPORTİNFO.AZ

 

Tarix: 23 May 11:36    Oxunub: 1017    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.