UEFA məşhur klubu Avropa Liqasından kənarlaşdırmaq üzrədi

UEFA "Milan"ın maliyyə "fair play"i ilə bağlı problemləri klubla həll etmək üçün könüllü müqavilə üzrə təklifini rədd edib.

 

Sportinfo.az xəbər verir ki, indi "Milan"ın maliyyə hesabları UEFA klublarının maliyyə nəzarəti üzrə Apellyasiya Məhkəməsi tərəfindən araşdırılacaq, bu iş üzrə məhkəmə iclası isə iyun ayında keçiriləcək.

 

Bildirilir ki, "Milan"ı ciddi sanksiyalar, xüsusilə də, transfer qadağası, böyük həcmdə cərimə və ya növbəti mövsümdə Avropa Liqasında çıxış etməyə qadağa gözləyir.

 

"Rassonyerilər" Avrokuboklardan kənarlaşdırılarsa, Avropa Liqasının qrup mərhələsində "Atalanta", təsnifat mərhələsində isə "Fiorentina" çıxış edəcək.

Tarix: 23 May 10:12    Oxunub: 527    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.