Sən nə etdin? – VİDEO+LENT

Premyer Liqada 2017/18 mövsümünə yekun vurulub.

 

Həm mövsümün, həm də XXVIII turun sonuncu qarşılaşması “Azərsun Arena”da baş tutub.

 

Azərbaycan çempionatını ilk iki pillədə başa vuran “Qarabağ” və “Qəbələ” Bakıda üz-üzə gəlib. Gümüş mükafatı təmin edən “qırmızı-qaralar” çempionla matçı evdə keçirməli olsa da, qarşılıqlı razılıqla rəqibin meydanına nominal meydan sahibi kimi çıxıblar.

 

Ötən turla müqayisədə Roman Qriqorçuk start heyətində bir dəyişiklik edib. Bu dəfə Təmkin Xəlilzadə ilk “11-lik”də yer alıbsa, Ürfan Abbasov start heyətdə olmayıb.

 

Görüşə daha fəal başlayan Ağdam təmsilçisi topa nəzarəti ələ alsa da, uzun müddət qapılar önündə təhlükə yaranmayıb. Stiven Monrozun əlverişli mövqedəki Cavid Hüseynova ötürməsi təhlükəli alınsa da, kapitan topla istədiyi kimi rəftar edə bilməyib.

 

Az sonra fransalının özü fərqlənməyə yaxın olub. Üz-üzə qaldığı rəqib qapıçı onu qabaqlasa da, gözlənilmədən topu əlindən buraxıb. Stiven iti bucaq altından çərçivəyə düşə bilməyib. “Qarabağ”ın ilk təhlükəli hücumu penalti ilə nəticələnib. Dani Kintana bu imkandan dəqiq istifadə edib.

 

Buraxılan qoldan sonra Qriqorçuk Filip Ozobiçi meydana buraxıb. “Qəbələ” hissənin ikinci yarısında daha çox hücum qurmağa çalışsa da, qonaqların müdafiə xətti etibarlılığı ilə seçilib.

 

Düzdür, cərimə meydanındakı paslaşmadan sonra Monroz üz-üzə qaldığı qapıçının yanından zərbə endirib. Top dirəyə tuş gəlib. Təhlükəli nöqtədən Ozobiçin yerinə yetirdiyi cərimə zərbəsi isə canlı səddən dönüb. Fasilə ərəfəsində Cavid Hüseynov qırmızı vərəqə alıb və “qırmızı-qaralar” azlıqda qalıb.

 

Qriqorçuk ikinci hissədə Asif Məmmədovu meydana buraxıb. Lakin say üstünlüyündən istifadə edən Ağdam təmsilçisi topa daha çox nəzarət edib. Düzdür, “Qarabağ” fasilədən sonra real qol vəziyyətləri yarada bilməyib. Buna müdafiəçilər və qapıçının inamlı çıxışı imkan verməyib. “Qəbələ” isə hesabda tarazlıq yaratmaq üçün bir neçə vəziyyət əldə edib.

 

Öncə cinah ötürməsindən sonra qapıçı ilə üz-üzə qalan İlqar Qurbanovun zərbəsini qolkiper dəf edib. Bir dəqiqə sonra Asif cərimə meydanından endirdiyi zərbə ilə qonaqlara həyəcan yaşadıb. Lakin top dirəyin yanından ötüb. Matçın sonlarında İlqar daha bir imkanı da qaçırıb. Beləliklə, mövsümün son oyununu paytaxtda “Qarabağ”a qarşı keçirən “Qəbələ” qarşılaşmadan xalsız ayrılıb.

 

“Qəbələ” – “Qarabağ” – 0:1

“Azersun Arena”. 3000 tamaşaçı

Baş hakim: Rəşad Əhmədov

Baş hakimin köməkçiləri: Rza Məmmədov, Knyaz Əmiraslanov

Dördüncü hakim: Əliyar Ağayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Əli Hüseynov 

Sarı vərəqələr: Filip Ozobiç, 74 (qeyri-idman hərəkəti); Təmkin Xəlilzadə, 85 (hakimə etiraz) // Ağabala Ramazanov, 15 (hakimi aldatmağa cəhd); Rəşad Sadıqov, 50 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Cavid Hüseynov, 45+2 (rəqibi bilərəkdən əllə vurduğuna görə)

Qol: Dani Kintana, 22 (p.)

Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 3 dəq.

 

“Qəbələ”

22. Dmitri Bezotosnı

4. Elvin Camalov

(19. Filip Ozobiç, 28)

5. Rasim Ramaldanov

8. Qismət Alıyev

9. Baqali Dabo

(10. Ruslan Qurbanov, 75)

14. Cavid Hüseynov (k)

15. Vitali Vernidub

18. İlqar Qurbanov

28. Stiven Monroz

33. Təmkin Xəlilzadə

45. Famussa Kone

(11. Asif Məmmədov, 46)

Ehtiyat oyunçular:

23. Aqil Məmmədov

35. Murad Popov

3. Voislav Stankoviç

6. Elvin Məmmədov

29. Hacıağa Hacıyev

34. Urfan Abbasov

74. Yusif Nəbiyev

Baş məşqçi: Roman Qriqorçuk

 

“Qarabağ”

13. İbrahim Şehiç

2. Qara Qarayev

5. Maksim Medvedev

8. Markos Madera

11. Mahir Mədətov

14. Rəşad Sadıqov (k)

30. Abbas Hüseynov

32. Elvin Yunuszadə

(55. Bədavi Hüseynov, 90+2)

44. Ağabala Ramazanov

(90. Ramil Şeydayev, 66)

91. Coşqun Diniyev

(7. Rahid Əmirquliyev, 71)

99. Dani Kintana

Ehtiyat oyunçular:

1. Anton Kanibolotski

12. Şahruddin Məhəmmədəliyev

17. Elçin Rəhimli

66. Cavid Bayramov

24. Nihad Tamazov

Baş məşqçi: Qurban Qurbanov

 

Tarix: 23 May 09:12    Oxunub: 1308    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.