Danışır "Zirə"li: "İndi Avropa Liqasına vəsiqəni gözləyirik"

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın sonuncu - 28-ci turunda səfərdə "Sumqayıt"a qalib gələrək mövsümü 4-cü pillədə başa vuran "Zirə"nin müdafiəçisi Tellur Mütəllimov qarşılaşma ilə bağlı fikirlərini bildirib:

 

- Çox sevincliyik. 11 oyundur qalib gələ bilmirdik. Şükür ki, "qara zolaq"dan çıxa bildik. 11 qarşılaşmada qalib gəlmədikdən sonra 3 matçda qalib gəlmək, doğrudan, çox çətin idi. Bu, bizə çox lazım idi. İndi Avropa Liqasına vəsiqəni gözləyirik.

 

Fasilədə nə dəyişdi? Baş məşqçi Ayxan Abbasov sizə hansı tövsiyələri verdi?

- Məşqçi yalnız onu dedi ki, bu oyunu udmalıyıq. Bizim başqa şansımız yox idi. Ya heç-heçə etməli, ya da qalib gəlməli idik. Bizə motivasiya verdi ki, bu oyunu uduzmayaq. Nəinki uduzmadıq, hətta qalib gəldik.

 

Gəncədəki oyundan xəbəriniz var idi?

- Yox, xəbərimiz yox idi. Yalnız əvvəlcə 1:1 hesabını, daha sonra isə 1:2-ni eşitdim. Düzdür, 3-cü ola bilmədik, lakin 4-cü yerə də şükür.

 

Gələcəyinizi "Zirə"də görürsünüz?

- Mənim klubla iki illik müqaviləm var. İndi fikrim ancaq "Zirə"də qalıb, burda öz işimi görməkdir. İki ildən sonra görək, nə olur.

 

Qəbələyə gedib, Azərbaycan kubokunun finalını izləməyi düşünmürsünüz ki?

- İnşallah, belə fikrim var. Getmək istəyərdim. "Qəbələ" də mənə doğma klubdur. Məncə, həmin oyunu izləməyə dəyər.

 

Bu oyun üçün proqnozun nədi?

- Bu, futboldur. Əvvəlcədən heç nə demək olmur. "Qəbələ"nin futbolçularının ustalıq səviyyəsi yüksəkdir. Lakin "Keşlə" də zəif komanda deyil. Bu komanda qışdan sonra çox güclənib. Yəni belə deyək, "dişi canavar" yox, "dişli canavar"dır (gülür). "Qəbələ" üçün çətin olacaq. Hər iki komandaya uğurlar arzulayıram. Bir də onu deyim ki, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov çox yaxşı komanda yığıb, onlara da gələcək qarşılaşmalarda uğurlar arzu edirəm.

Tarix: 23 May 10:00    Oxunub: 528    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.