"Mənə Mourinyonun oyun üslubuna adaptasiya olmaq çətindi"

“Mançester Yunayted”in futbolçusu Aleksis Sançes komandadakı durumu barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, Sançes MY-yə və baş məşqçi Joze Mourinyonun futbol fəlsəfəsinə adaptasiya olunmaqda çətinlik çəkdiyini etiraf edib.

 

Sançes MY-də cəmi 2 qol vurub. O, bəzi aspektlərdə inkişaf etməli olduğunu bildirib: “Bəzi məqamlar var ki, inkişaf etməliyik. Mənə elə gəlir ki, MY-nin heyətində çıxış etdiyim hər bir oyunda adaptasiya problemi ilə üzləşdim.

 

Mənə Mourinyonun oyun üslubuna adaptasiya olmaq çətindi. Ancaq eyni zamanda, bu müddət ərzində komanda yoldaşlarıma da alışdığımı deyə bilərəm.

 

MY bütün aspektlərdə inkişaf etməlidi. Biz böyük oyunlarla yanaşı, o qədər də əhəmiyyət kəsb etməyən qarşılaşmalara da köklənməliyik. Amma onu da deyim ki, mənim üçün əhəmiyyətsiz oyun yoxdu”.

Tarix: 23 May 08:36    Oxunub: 447    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.