Azərbaycan çempionatında rüzgar kimi əsən fransalı - FOTO

Premyer Liqada 2017/18 mövsümünə yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Baqali Dabo çempionatın ən yaxşı bombardiri olub.

 

27 oyunda 13 qol vuran 30 yaşlı fransalı hücumçu Premyer Liqanın ən məhsuldar futbolçusu adına yiyələnib.

 

XXVIII turun “Qəbələ” - “Qarabağ” oyunundan (0:1) sonra təşkil olunan mükafatlandırma mərasimində Daboya ən yaxşı bombardir titulu təqdim olunub.

 

O, “Qəbələ”nin tarixində bu uğura imza atan 2-ci futbolçudu. Ötən mövsümdə 11 qol vuran Filip Ozobiç də bombardir adını qazanmışdı.

 

“Səbail” (V tur), “Kəpəz” (XI tur) və “Səbail”lə (XIII tur) matçlarda iki qol vuran Dabo “Neftçi” (VI tur), “Neftçi” (XII tur), “Keşlə” (XIV tur), “Zirə” (XVI tur), “Səbail” (XVII tur), “Keşlə” (XX tur) və “Sumqayıt”la (XXVII tur) qarşılaşmaların hərəsində 1 dəfə fərqlənib.

 

Daboya bombardir üçün hazırlanmış xüsusi hədiyyəni AFFA-nın baş katibi Elxan Məmmədov təqdim edib.

 

Dabo eyni zamanda “Qəbələ”nin üzvü kimi gümüş medala sahib çıxdı. Hücumçu gümüş medalını Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevdən alıb.

 

Ötən mövsümün ən sərrast oyunçuları Rauf Əliyev və Filip Ozobiç də hazırda “Qəbələ”nin formasını geyinirlər.

 

Tarix: 23 May 08:12    Oxunub: 511    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.